Modern.az

BMT-nin baş katibinə koronavirusa qarşı peyvənd vurulacaq

BMT-nin baş katibinə koronavirusa qarşı peyvənd vurulacaq

16 Yanvar 2021, 09:56

BMT-nin baş katibi Antoniu Quterreş gələn həftə Nyu-York Ştatında növbə çərçivəsində koronavirusa qarşı vaksinasiya olunacaq.

 

Modern.az xəbər verir ki, bunu brifinq zamanı baş katibin rəsmi nümayəndəsi Stefan Cüjarrik deyib.

 

S.Cüjarrik bildirib: "Gələn həftə baş katib vaksinasiya olunacaq. Baş katib bunu ictimaiyyət qarşısında edəcəyinə dair sözünə sadiq qalır, ona görə də onun vaksinasiyasının foto və videoları təqdim ediləcək".

 

Baş katibin vaksinasiyasında hansı şirkətin istehsal etdiyi peyvənddən istefadə ediləcəyi barədə məlumat verilmir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi