Modern.az

Ucarda ər arvadını bıçaqladı

Ucarda ər arvadını bıçaqladı

17 Yanvar 2021, 12:12

Ucarda kişi həyat yoldaşını bıçaqlayıb.

 

Modern.az-ın xəbərinə görə, ötən gün gecə saatlarında rayonun Qarabörk kənd sakini, 1986-cı il təvəllüdlü Aruz Ağasəf oğlu Hüseynov yaşadığı ünvanda ailə münaqişəsi zəminində həyat yoldaşı, 1988-ci il təvəllüdlü Vüsalə Əlmusa qızı Hüseynovaya bıçaqla ağır xəsarət yetirib. Zərərçəkən Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. 

                   

V.Hüseynov rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.                                                   

 

Faktla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır. (APA)

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi