Modern.az

Bakıdan Tehrana geniş tərkibli nümayəndə heyəti gedir

Bakıdan Tehrana geniş tərkibli nümayəndə heyəti gedir

17 Yanvar 2021, 15:45

Sabah Bakıdan iqtisadi məsələlər üzrə geniş tərkibli nümayəndə heyəti Tehrana səfər edəcək.

 

Modern.az-ın xəbərinə görə, bu barədə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi "Twitter" hesabında qeyd edib. O bildirib ki, nümayəndə heyəti Azərbaycan və İran arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 14-cü iclasında iştirak edəcək.

 

Səfirin sözlərinə görə, nəqliyyat, enerji, sənaye, ticarət, rabitə, yeni texnologiyalar, səhiyyə, kənd təsərrüfatı turizmi, bank işi, sığorta və s. sahədə əməkdaşlıq müzakirə olunacaq.

Sizə yeni x var
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi