Modern.az

“Samsung”un sahibi həbs olundu

“Samsung”un sahibi həbs olundu

Aktual

18 Yanvar 2021, 12:52

Seul məhkəməsi “Samsung Group”un faktiki rəhbərinə və “Samsung Electronics”-in vitse prezidenti Li Çje Yöna korrupsiya ittihamı ilə 2,5 il həbs cəzası kəsib.


Modern.az xəbər verir ki, Li 2017-ci ildə Cənubi Koreyanın eks-prezidenti Pak Kın Xenin yaxın rəfiqəsinə rüşvət verməkdə ittiham olunaraq, 5 illik həbs cəzası almışdı. Amma 2018-ci ildə apellyasiya məhkəməsinin qərarından sonra Li Çje Yön azadlığa çıxmışdı.  

Ali Məhkəmə işi yenidən Seul məhkəməsinə qaytarıb və məhkəmə yenidən Liyə həbs cəzası verib.   

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI