Modern.az

2020-ci ildə Azərbaycanda cinayət faktları azalıb – RƏSMİ

2020-ci ildə Azərbaycanda cinayət faktları azalıb – RƏSMİ

18 Yanvar 2021, 18:46

Ötən il ümumilikdə 26 004 cinayət qeydə alınıb.

 

Modern.az-ın məlumatına görə, bu bardə Daxili İşlər naziri General-polkovnik Vilayət Eyvazov bildirib.

General-polkovnik Vilayət Eyvazov bildirib ki, 2020-ci ildə ümumilikdə 26.004 cinayət qeydə alınıb ki, bu cinayətlərin 86,7 faizini böyük ictimai təhlükə törətməyən və az ağır növlər təşkil edib:

"Ölkəmizdə cinayətkarlığa qarşı mübarizə, asayişin və təhlükəsizliyin qorunması sahəsində fəaliyyət digər hüquq mühafizə orqanları ilə qarşılıqlı əlaqədə davam etdirilib, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı 8 fakt azalaraq 257 olub".

 

2019-cu illə müqayisədə ötən il qəsdən sağlamlığa az ağır zərərvurma, mülkiyyət əleyhinə olan cinayətlər, o cümlədən oğurluq, soyğunçuluq, quldurluq, dələduzluq, avtonəqliyyat vasitələrinin qaçırılması kimi cinayətlər azalıb.

Bu barədə Daxili İşlər naziri General-polkovnik Vilayət Eyvazov bildirib.

Onun sözlərinə görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri ilə cinayətlərin 85,5 faizinin, eləcə də, prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 310 cinayətin açılması təmin edilib.

 

Sizə yeni x var
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi