Modern.az

Komitə sədri şəhid ailələri ilə görüşüb - FOTO

Komitə sədri şəhid ailələri ilə görüşüb - FOTO

18 Yanvar 2021, 22:16

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Abşeron rayon, Mehdiabad qəsəbə sakini, şəhid leytenant Nicat Atayevin atası Habil Atayevlə görüşüb.

 

Modern.az xəbər verir ki, Qənirə Paşayeva şəhid zabitin atasını işğalçı düşmən üzərində tarixi qələbə münasibətilə təbrik edib, ürək sözlərini bölüşüb:

 

“Əziz şəhid atası, Siz, Vətən uğrunda mərdliklə döyüşərək öz canını fəda etmiş zabitimizin atasısız. İşğalçı düşmən üzərində qələbə münasibətilə təbriki ən çox Siz şəhid valideynləri haqq edirsiz. Siz özünüz uzun illər asayiş keşikçisi olmuş, daxili işlər orqanında çalışmısız. Biz Sizə çox minnətdarıq! Şəhid oğlunuzun ruhu qarşısında dərin ehtiramla baş əyirik!

Nicat kimi zabitlərimizlə hər zaman qürur duyacağıq!

Azərbaycan Ordusunun zabiti olan oğlunuz Vətən Müharibəsi zamanı Füzuli rayonu istiqamətində şəhid olub, II Fəxri Xiyabanda dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən  “Vətən uğrunda” medalı ilə təltif edilib.

Oğlunuzun və cəbhə yoldaşlarının fədakarlığı sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik torpaq həsrətinə son qoyulub.

Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Sizi tarixi zəfər münasibəti ilə bir daha təbrik edirəm”!

 

Q.Paşayeva şəhid zabitin atasına tarixi zəfər münasibətilə Milli Məclisin Mədəniyyət Komitəsi adından Məktub, üzərinə “Şuşa Azərbaycandır!” yazılmış qol saatı təqdim edib.

  

***

 

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Abşeron rayon, Mehdiabad qəsəbə sakini, şəhid Qadir Heydərovun atası Ədalət Heydərovla görüşüb.

 

Qənirə Paşayeva qəhrəman şəhidin atasını işğalçı düşmən üzərində tarixi qələbə münasibətilə təbrik edib, ürək sözlərini bölüşüb:

“Əziz şəhid atası, Siz, Vətən uğrunda mərdliklə döyüşərək öz canını fəda etmiş əsgərimizin atasısız. İşğalçı düşmən üzərində qələbə münasibətilə təbriki ən çox Siz şəhid valideynləri haqq edirsiz. Biz Sizə çox minnətdarıq! Şəhid oğlunuzun ruhu qarşısında dərin ehtiramla baş əyirik!

Qadir kimi gənclərimizlə hər zaman qürur duyacağıq!

Azərbaycan Ordusunun əsgəri olmuş oğlunuz Azərbaycan Prezidentinin Sərəncamlarına əsasən  “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

Oğlunuzun və cəbhə yoldaşlarının fədakarlığı sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik torpaq həsrətinə son qoyulub.

Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Sizi tarixi zəfər münasibəti ilə bir daha təbrik edirəm”!

 

Q.Paşayeva şəhid əsgərin atasına tarixi zəfər münasibətilə Milli Məclisin Mədəniyyət Komitəsi adından Məktub, üzərinə “Şuşa Azərbaycandır!” yazılmış qol saatı təqdim edib.

  

**

 

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİMİB) sədri Arzu Bağırova Masallı rayon, Xoşçobanlı kənd sakini, şəhid Məmmədağa Bağırovun atası Həsənağa Bağırovla görüşüb.

 

Qənirə Paşayeva şəhidin atasını işğalçı düşmən üzərində tarixi qələbə münasibətilə təbrik edib, ürək sözlərini bölüşüb:

 

“Əziz Şəhid atası, Siz Vətən uğrunda mərdliklə döyüşərək öz canını fəda etmiş əsgərin atasısız. İşğalçı düşmən üzərində qələbə münasibətilə təbriki ən çox Siz şəhid valideynləri haqq edirsiz. Biz Sizə çox minnətdarıq! Övladınızın ruhu qarşısında dərin ehtiramla baş əyirik!

Sizin oğlunuz Azərbaycan Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərənmcamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib. Bu medal oğlunuza Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə verilib.

Məmmədağa kimi əsgərlərimizlə hər zaman qürur duyacağıq! Onun və cəbhə yoldaşlarının vətənpərvərliyi sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik həsrətinə son qoyulub.

Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Sizi tarixi zəfər münasibəti ilə bir daha təbrik edirik”!

 

Tarixi zəfər münasibətilə şəhid əsgərin atasına Milli Məclisin Mədəniyyət komitəsi və RHİMİB adından Məktublar, üzərinə “Qarabağ Azərbaycandır!” yazılmış qol saatı təqdim edilib.

 

 

 

Sizə yeni x var
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi