Goranboy rayon İcra Hakimiyyətinin başçısı Düzqışlaq kəndində Şəhidlərin məzarlarını ziyarət edib.
Modern.az xəbər verir ki, icra başçısı Məhərrəm Quliyev Şəhid ailələri, rayonun digər rəhbər şəxsləri və ictimaiyyət fəalları ilə birgə, Düzqışlaq kənd Şəhidlər Xiyabanında Şəhidlərimizin məzarlarını ziyarət edib.
Şəhidlərimizin məzarları üzərinə tər güllər qoyuldu və ruhlarına dualar oxundu.