Modern.az

Koronavirusun yeni episentri aşkarlandı

Koronavirusun yeni episentri aşkarlandı

Aktual

19 Yanvar 2021, 13:56

Çində koronavirus infeksiyasının yeni episentri aşkarlanıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, yoluxma hallarının sayına görə Szilin vilayəti episentrə çevrilib. 

 

Ötən gün ərzində ölkədə virusa 118 yoluxma halı aşkarlanıb ki, bunlardan 43-ü həmin bölgənin payına düşür. Keçən həftə bu bölgədə yalnız bir neçə yoluxma faktı qeydə alınmışdı.

 

Məlumata görə, Çində pandemiya başlayandan bəri 88 mindən çox insan virusa yoluxub, 4,6 min nəfər ölüb, 82 mindən çox xəstə sağalıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!