Modern.az

“Şəhidlərin simvolu olan qərənfillər Xarı bülbüllə birlikdə açır” - Çavuşoğlu

“Şəhidlərin simvolu olan qərənfillər Xarı bülbüllə birlikdə açır” - Çavuşoğlu

20 Yanvar 2021, 12:31

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 20 Yanvar faciəsinin ildönümü ilə bağlı “Twitter” hesabında paylaşım edib.

 

Modern.az-ın məlumatına görə, M. Çavuşoğlu paylaşımında yazır:

 

"20 Yanvar 1990-cı ildə Can Azərbaycanın istiqlalı uğrunda həyatlarını fəda edən qardaşlarımızı rəhmətlə anırıq. Şəhidlərin simvolu olan qərənfillər azad Azərbaycan torpaqlarının simvolu olan Xarı bülbüllə birlikdə açır. Üçrəngli bayrağınla məsud yaşa, Can Azərbaycan!” 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!