Fransanın Azərbaycandakı səfiri Zakari Qross Twitter-dəki hesabaında 1990-cı ilin 20 Yanvar tarixində Bakıda törədilmiş qırğınla bağlı paylaşım edib.
Modern.az-ın məlumatına görə, səfir yazıb:
“1990-cı ilin bu günü Sovet qoşunları Bakıda kütləyə atəş açdı. 130-dan çox dinc nümayişçi və ətrafda olan insanlar öldürüldü. İki ildən az müddət sonra Azərbaycan Sovet İttifaqından ayrılaraq, müstəqilliyini elan etdi".