Modern.az

Naftalanda 20 Yanvar şəhidləri yad edilib - FOTOLAR

Naftalanda 20 Yanvar şəhidləri yad edilib - FOTOLAR

Aktual

20 Yanvar 2021, 14:20

Naftalan şəhərində Azərbaycan tarixinin faciəli, eyni zamanda şərəfli səhifəsi olan “20 Yanvar faciəsinin il dönümü”nə həsr olunmuş anım tədbiri keçirilib.

 

Modern.az xəbər verir ki, anım tədbirində şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.

 

Tədbir iştirakçıları “Şəhidlərin Xatirə kompleksi”ni ziyarət edib, ərazi bütövlüyümüz uğrunda canlarından keçən Vətən övladlarının abidəsi önünə gül dəstələri düzmüşlər. Şəhidlərin ruhlarına dualar oxunub.

 

Ümumxalq hüzn günü ilə əlaqədar şəhər ərazisində dövlət bayraqları endirilib, saat 12:00-da bütün yaşayış məntəqələrində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sizə yeni x var
Keçid et
Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!