Modern.az

20 Yanvar faciəsi Şuşada qeyd olundu - VİDEO

20 Yanvar faciəsi Şuşada qeyd olundu - VİDEO

Aktual

20 Yanvar 2021, 14:44

Şuşa şəhərində Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, tədbirdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

 

Tədbirdə 20 Yanvar faciəsinin tarixi əhəmiyyətindən danışılıb, ümummilli lider Heydər Əliyev və Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin baş vermiş hadisələr barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirdiyi siyasətin uğurları barədə ətraflı məlumat verilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!