İspaniya La Liqasının 20-ci turunda "Barselona" səfərdə "Elçe"nin qonağı olub.
Modern.az xəbər verir ki, matç katalonların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
"Barselona"nın heyətində Frenki de Yonq (39) və Riki Puç (89) fərqləniblər.
Qeyd edək ki, bu qələbə ilə 3 xal qazanan "Barselona" ümumi xallarını 37-yə çatdıraraq, turnir cədvəlində 3-cü pilləyə yüksəlib. "Elçe" isə 17 xalla 19-cu pillədə qərarlaşıb.
Turan ASLAN