Modern.az

Samux sakinindən qanunsuz silah götürüldü

Samux sakinindən qanunsuz silah götürüldü

Aktual

27 Yanvar 2021, 10:22

Samuxda qanunsuz silah saxlayan şəxs məsuliyyətə cəlb olunub.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Modern.az-a verilən məlumata görə, Samux rayon Polis Şöbəsinin əməkdaşları rayonun Poylu kənd sakini İsgəndər Məmmədovdan 32 kalibirli müvafiq sənədləri olmayan qoşa lüləli, istifadəyə yararlı tüfəng aşkar edərək götürüb.

 

Hazırda faktla bağlı RPŞ-nin Təhqiqat Qrupunda araşdırmalar davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir