Modern.az

Eks-prezident maskaya görə ikinci dəfə cərimələndi

Eks-prezident maskaya görə ikinci dəfə cərimələndi

Aktual

28 Yanvar 2021, 23:59

Çexiyanın keçmiş prezidenti Vatslav Klaus Praqanın gigiyena şöbəsi tərəfindən 10 min kron məbləğində cərimə edilib.

 

Modern.az "RİA Novosti”yə istinadən xəbər verir ki, sabiq prezident tədbirdə tibbi maskadan istifadə etməyib.

 

Xatırladaq ki, Vatslav Klaus ötən ilin noyabrın 17-də paytaxt Praqada keçirilən “Məxməri inqilab”ın 31-ci ildönümünə həsr edilən xatirə mərasimində polisin maska taxmaqla bağlı tələbini yerinə yetirməkdən imtina edib və 3 min kron cərimələnib.

 

Çexiyanın ikinci prezidenti Vatslav Klaus 1941-ci ilin iyunun 19-da Praqada anadan olub. O, 2003-2013-cü illərdə Çexiya prezidenti olub.

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza