Modern.az

900 şəhid ailəsi özünüməşğulluq proqramına cəlb olundu

900 şəhid ailəsi özünüməşğulluq proqramına cəlb olundu

Aktual

29 Yanvar 2021, 11:00

1700-dən çox şəhid ailəsi və qaziyə növbədənkənar olmaqla özünüməşğulluq proqramına cəlb olunub.

 

Bu barədə Modern.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildiriblər. Onlardan 900-ü şəhid ailələrinin üzvləridir. Proqrama cəlb olunanların istəkləri və əmək bacarıqları nəzərə alınaraq seçdikləri iqtisadi fəaliyyət növləri üzrə kiçik təsərrüfat və müəssisələrini qurmaları üçün qısa müddətdə aktivlərlə təmin olunur.

 

Eyni zamanda, şəhid ailəsi üzvləri və qazilərdən ibarət 300 şəxsin məşğulluq məsələləri operativ şəkildə həll olunub. Onlar ödənişli ictimai işlər və əməkhaqlarının bir hissəsinin birgə maliyyələşdirilməsi proqramları çərçivəsində işlə təmin ediliblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza