Azərbaycanda sosial kartların ləğv olunması üçün 30-a qədər normativ hüquqi aktda dəyişiklik edilib.
Modern.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli “Rəqəmsal məşğulluğa keçid və aktiv məşğulluq tədbirləri: 2021-ci il üçün hədəflər” mövzusunda keçirdiyi mətbuat konfransında deyib.
Onun rəsmisinin sözlərinə görə, qurum proseslə tam hazırdır:
“Qanunvericiliklə bağlı son mərhələ də qəbul ediləndən sonra sosial kartları dövriyyədən çıxara biləcəyik. Şəxsiyyət vəsiqəsinin üzərindəki FİN nömrələr sosial kartların nömrələri ilə artıq uyğunlaşdırılıb. Yəni sosial sığorta nömrəsi yenə qalacaq, amma karta ehtiyac olmayacaq”.