Modern.az

Hava pisləşəck:  yağış, külək... - XƏBƏRDARLIQ

Hava pisləşəck:  yağış, külək... - XƏBƏRDARLIQ

Aktual

29 Yanvar 2021, 14:18

ETSN Milli Hidrometeorologiya Xidmətinin Modern.az-a verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 30-u arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensivləşəcəyi gözlənilir.

Yanvarın 31-də cənub-qərb küləyi əsəcək, 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcək.


Azərbaycanın rayonlarında yanvarın 30-da ölkə ərazisində hava şəraitinin yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Yanvarın 31-də qərb küləyi əsəcək, bəzi yerlərdə 20-25 m/s-dək güclənəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza