Modern.az

Azərbaycanda da VAR sistemi tətbiq olunacaq

Azərbaycanda da VAR sistemi tətbiq olunacaq

Aktual

29 Yanvar 2021, 14:42

Azərbaycan futbolunda VAR sistemindən tətbiq olunacaq.

 

Modern.az-ın məlumatına görə, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.

 

O bildirib ki, hakimin video assistenti texnologiyasının tətbiqi barədə işlərə başlanılacaq: “Növbəti əməkdaşlıq VAR sistemi ilə bağlı olacaq. Bu ilin aprelində VAR sistemi ilə bağlı protokol işlərinə başlayacağıq. Növbəti mövsümə çatdırmayacağıq. Amma 2022/23 mövsümünə çatdıracağıq. Çalışırıq işə düzgün başlayaq ki, problem olmasın”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza