Modern.az

Monitorinq Mərkəzi sosial şəbəkə istifadəçiləri üçün müsabiqə elan edib

Monitorinq Mərkəzi sosial şəbəkə istifadəçiləri üçün müsabiqə elan edib

Aktual

29 Yanvar 2021, 15:45

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi sosial şəbəkə istifadəçiləri arasında “Ana dili” adlı qısa hekayə müsabiqəsi elan edir.

Modern.az müsabiqənin şərtləri və qaydalarını təqdim edir:

 

 

Şərtlər:

 

Müsabiqədə saxta profillər istisna olmaqla, bütün “Facebook” istifadəçiləri iştirak edə bilərlər.

Hər istifadəçi müsabiqəyə yalnız bir hekayə təqdim edə bilər.

Hekayələr Azərbaycan dilində, maksimum 1000 işarədən ibarət olmalı və daha əvvəl heç yerdə dərc edilməməlidir.

 

 

Qaydalar:

 

İstifadəçilər hekayələrini və özləri barədə məlumatı Monitorinq Mərkəzinin “Facebook” səhifəsinə Word formatında (Times New Roman şrifti, 12 ölçü) məktub şəklində göndərməlidirlər.
Münsiflər tərəfindən seçilmiş hekayələr Monitorinq Mərkəzinin “Facebook” səhifəsində paylaşılacaqdır.

İştirakçılar Monitorinq Mərkəzinin “Facebook” səhifəsində təqdim olunmuş hekayəni şəxsi hesablarında paylaşmalıdırlar.

Müəyyən edilmiş tarixə qədər ən çox “like” (bəyənmə) toplayan 3 müəllif qalib elan ediləcəkdir.

 

Müsabiqənin əsas mükafatları:

 

1-ci yer - 500 man.

2-ci yer - 300 man.

3-cü yer - 200 man. 

 

Həvəsləndirici mükafatlar (fəxri diplom və kitablar):

 

4-cü yer

5-ci yer

6-cı yer

7-ci yer

8-ci yer

9-cu yer

10-cu yer


Hekayələr 02.02.2021- 28.02.2021 tarixinlərində qəbul edilir. İlk mərhələdə münsiflər heyəti tərəfindən seçilmiş hekayələr 01.03.2021 tarixindən etibarən Monitorinq Mərkəzinin “Facebook” səhifəsinə yerləşdiriləcəkdir. Final nəticələri 20.03.21 tarixibdə - Novruz Bayramında elan olunacaq.  

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza