Modern.az

Qaradağdakı qalmaqallı şəhid məzarlığından yeni xəbər var

Qaradağdakı qalmaqallı şəhid məzarlığından yeni xəbər var

Aktual

29 Yanvar 2021, 16:10

Qaradağ rayonu ərazisində etirazlara səbəb olan şəhid məzarlığı ilə bağlı yeni xəbər var.

Modern.az-ın əldə etdiyi məlumata görə, övladlarının məzarının ucqar qəbiristanlıqdan köçürülməsini tələb edən şəhid valideynləri dünən yüksək səviyyədə qəbul edilib və dinlənilib.

Bundan başqa, məsələ ictimai təşkilatların da diqqət mərkəzində saxlanılır.

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Orucovanın Modern.az-a bildirdiyinə görə, bir qrup ictimai təşkilat həmin məzarlığa baxış keçirib, etiraz edən valideynlərlə görüşüb.


“Biz dünən bu ailələlərə necə kömək edə biləcəyimizi müzakirə etdik. O məzarlıqda gördüklərimiz bizə böyük acı, təəssüf hissi yaşatdı. Orada yatan oğulların məzarlarının vəziyyətini gördük, etiraz edən ailələri dinlədik”.

Müsahibimiz deyib hər bir şəhid ailəsinin haqqıdır ki, övladı Şəhidlər xiyabanında dəfn olunsun:


“Ona görə də ailələrin haqlı narazılığını qəbul edirəm. Onlarla birlikdəyəm və acılarını anlayıram. Əgər bu məsələdə əvvəldən kimlər səhv buraxıb, məsələyə məsuliyyətsiz yanaşıblarsa, hamısı buna görə cavab verəcəklər. Yasamalda eyni məhlədən olan iki şəhidin birini İkinci Fəxri Xiyabanda, digərini isə Qaradağdakı məzarlıqda dəfn ediblər. Şəhidin şəhiddən fərqi olmamalıdır. O anaların acılarını öz hissimizlə dərk edib, başa düşməliyik. Bu məsələdə kimlər səhvlər buraxıblarsa, güman edirəm ki, məsələni Şəhid ailələrini qane olacağı təqdirdə həll edəcəklər. Əminəm ki, Azərbaycan Respublikasının I vitse-prezidenti Mehriban xanım Əliyeva da onların haqq səsini eşidəcək, məsələ tez bir zamanda həllini tapacaq”.



Nəzrin Vahid

 

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza