Modern.az

Leyla Əliyeva azad olunmuş ərazilərlə bağlı IDEA-ya tapşırıq verdi

Leyla Əliyeva azad olunmuş ərazilərlə bağlı IDEA-ya tapşırıq verdi

Aktual

29 Yanvar 2021, 16:11

IDEA-nın təsisçisi və rəhbəri Leyla Əliyevanın tapşırığı ilə IDEA işğaldan azad olunmuş ərazilərdə ekoloji vəziyyətin yenidən canlandırılması istiqamətində işlər görəcək.

 

Modern.az-ın məlumatına görə, bunu IDEA İctimai Birliyinin icraçı direktoru Surxay Şükürov işğaldan azad olunmuş ərazilərdəki ekoloji durum, görülmüş və görüləcək işlərlə bağlı keçirilən brifinqdə deyib.

 

S.Şükürov bildirib ki, 30 illik erməni işğalının fəsadlarını görmək hamımızı sarsıtdı: “Bu kimi cinayətlər onu göstərir ki, ölkəmizə qarşı ekoloji terror törədilib. IDEA işğaldan azad edilmiş ərazilərdə ilk olaraq təbii sərvətlərin qiymətləndirilməsi istiqamətində işlər görəcək. Növbəti addım isə həmin yerlərin bərpası olacaq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza