Modern.az

Goranboydakı qəzada ölən və yaralananların adları bilindi - YENİLƏNİB

Goranboydakı qəzada ölən və yaralananların adları bilindi - YENİLƏNİB

Aktual

29 Yanvar 2021, 21:11

Goranboyda yol qəzasında ölən və yaralananların adları məlum olub.

 

Modern.az xəbər verir ki, mikroavtobusun yük maşınına çırpılması nəticəsində, 1976-cı il təvəllüdlü Şəmkir rayon sakini Hikmət Əhmədov hadisə yerində vəfat edib.

Daha iki nəfər, 1965-ci il təvəllüdlü Mirzəyeva Mehriban Mirzə qızı və onun övladı, 1998-ci il təvəllüdlü Həsənova Nigar Əşrəf qızı ağır yaralanıb.

 

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

19:30

Goranboyda ölümlə nəticələnən yol qəzası olub.

 

Modern.az apa-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Goranboy rayonunun Dəliməmmədli şəhərindən keçən hissəsində qeydə alınıb.

 

“Mercedes Vito” markalı mikroavtobus yük maşınına çırpılıb. Hadisə nəticəsində 1 nəfər hadisə yerində ölüb, 1 nəfər isə yaralanıb. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza