Modern.az

İstanbulda yük gəmisi saya oturdu

İstanbulda yük gəmisi saya oturdu

Aktual

29 Yanvar 2021, 20:04

İstanbulun Zeytunburnu rayonu sahillərində Komor Adaları bayrağı altında üzən “Streamline” adlı yük gəmisi saya oturub.

 

Modern.az-ın məlumatına görə, İstanbul Valiliyinin açıqlamasında bildirilir ki, Türkiyənin Sahil Mühafizə Xidmətinin məlumatına əsasən, gəminin saya oturmasına bölgədə hökm sürən əlverişsiz hava şəraiti səbəb olub. Morini limanında qeydiyyatda olan gəminin yerləşdiyi əraziyə Türkiyənin Sahil Mühafizə Baş İdarəsinə məxsus xilasedici gəmilər cəlb olunub. Xilasetmə işləri davam etdirilir.

 

Mərmərə dənizində yaranan şiddətli fırtına səbəbindən İstanbulda bəzi gəmi səfərləri təxirə salınıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza