Avropa Dərman Agentliyi Avropa İttifaqı ərazisində "AstraZeneca" şirkəti və Oksford Universiteti tərəfindən istehsal olunmuş koronavirusa qarşı peyvəndin istifadəsinə razılıq verib.
Modern.az xəbər verir ki, bu barədə Agentliyin press-relizində bildirilib.
"İnsan üçün Dərman vəsatiləri üzrə Komitəsi 18 yaşdan yuxarı şəxslər arasında istifadəsi üçün "AstraZeneca" peyvəndi üçün müvəqqəti qeydiyyat sertifikatını verilməsini tövsiyə etdi" - sənəddə qeyd edilib.
Agentlikdə qeyd ediblət ki, müvəqqəti qeydiyyat sertifikatı verilməsi tövsiyəsi peyvəndin keyfiyyəti, təhlükəsizliyi və effektivliyinin qiymətləndirilməsinə əsasən qəbul edilib.