Rusiyanın Samara vilayətində baş vermiş yol qəzası nəticəsində 11 nəfər ölüb, 15 nəfər xəsarət alıb.
Modern.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsindən məlumat verilib.
“Ölənlər və xəsarət alanlar arasında azyaşlılar yoxdur. Avtobusda bir uşaq olub. O sağ-salamatdır”, - deyə komitədən bildirilib.
İlkin məlumatlara görə, qəzaya səbəb avtobusun ötmə əməliyyatını düzgün yerinə yetirməməsi olub. Hazırda FHN əməkdaşları xəsarət alanlara və ölənlərin ailələrinə psixoloji yardım göstərir.
Qeyd edək ki, qəza zamanı DAF yük maşını, “Citroen” mikroavtobusu və “Chevrolet Niva” minik avtomobili toqquşub.