Türkiyənin Nevşehir bələdiyyə başqanı Rasim Arı istefa verib.
Modern.az xəbər verir ki, R.Arı qərarını canlı yayımda açıqlayıb.
O, istefasını səhhəti ilə əlaqələndirib.
“Seçkilər vaxtı 45 yaşında idim və bu 21 aylıq müddət ərzində 18 aydır yumşaq yataqda yatmadım. Tamamilə səhhətimlə bağlı problemlər səbəbindən, onur və qürurla, başıuca şəkildə xidmət etdiyim Nevşehir bələdiyyə sədrliyindən istefa verirəm. Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın əmrində və qulluğundayam”, - deyə Arı bildirib.