Modern.az

“Mançester Siti”dən rekord

“Mançester Siti”dən rekord

30 Yanvar 2021, 22:07

İngiltərənin “Mançester Siti” klubu tarixinin rekorduna imza atıb.

 

Modern.az xəbər verir ki, “şəhərlilər” tarixində ilk dəfə çempionatda ardıcıl 12 matçda qələbə qazanıb.

 

Pep Qvardiolanın yetirmələri bu rekordu XXI turda “Şeffild Yunayted”i məğlub etməklə rəsmiləşdirib – 1:0. Ardıcıl 12 qələbə qazanan komanda bu qarşılaşmalarda 31 top vurub və 3-nü buraxıb.

 

141 illik tarixə malik komanda indiyədək belə seriyaya imza atmamışdı. Növbəti turda mançesterlilər “Bernli” ilə görüşəcək.

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza