İspaniya La Liqasının 21-ci turunda "Real Madrid" öz meydanında "Levante"yə 1:2 hesabı ilə məğlub olub.
Modern.az xəbər verir ki, qolları "Levante"nin heyətində Xose Morales (32) və Marti Roxer (78), ev sahibinin heyətində isə Marko Asensio (13) vurublar.
Qeyd edək ki, bu nəticə ilə "Real" 40 xalla ikinci, "Levante" 26 xalla 9-cu yerdə qərarlaşıb.