Modern.az

Fransada “Amazon”a qarşı etiraz aksiyası keçirilib

Fransada “Amazon”a qarşı etiraz aksiyası keçirilib

Aktual

30 Yanvar 2021, 23:40

Fransanın Furne kommunasında əhali ABŞ-ın “Amazon” şirkəti tərəfindən anbar inşa edilməsinə etiraz olaraq aksiya keçirib.

 

Modern.az xəbər verir ki, bu barədə “Agence France-Presse” məlumat yayıb.

 

Bildirilib ki, “Amazon” şirkəti UNESCO-nun Dünya İrsi Siyahısına daxil etdiyi Pon Dü Qar körpüsünün yaxınlığında 38 min kvadrat metrlik anbar inşa etməyi planlaşdırır.

 

Etirazçılar isə bunu ətraf mühitə mənfi təsir etdiyini və kiçik mağazaların bağlanmasına səbəb olduğunu düşünürlər.

 

Xəbərdə həmçinin qeyd olunur ki, oxşar aksiyaların Fransanın digər şəhərlərində keçirilməsi də gözlənilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza