Modern.az

Daha bir ölkə sərhədlərini bağladı

Daha bir ölkə sərhədlərini bağladı

Aktual

31 Yanvar 2021, 00:27

Çexiya koronavirusla (COVİD-19) bağlı vəziyyətin pisləşməsi səbəbindən bütün xarici ölkələrin vətəndaşları üçün sərhədləri bağlayıb.

 

Modern.az xarici KİV-ə isinadla xəbər verir ki, məhdudiyyət yanvarın 30-dan başlayır və fevralın 15-dək qüvvədə olacaq.

 

İstisnalar yalnız ölkədə təhsil alan, işləyən və ya yaşayış icazəsi alan əcnəbilərə şamil ediləcək. Həmçinin yaxın qohumlarını ziyarət etmək, tibbi yardım almaq, toy və ya dəfn mərasimlərində iştirak etmək üçün də Çexiya ərazisinə daxil olmaq mümkün olacaq.

 

Qeyd edək ki, Çexiyada pandemiyanın başlanğıcından bəri 972 mindən çox insan koronavirusa yoluxub, 16 min nəfər ölüb.

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza