Modern.az

Xorvatiyada naməlum şəxs 4 iş ortağını güllələdi

Xorvatiyada naməlum şəxs 4 iş ortağını güllələdi

Aktual

31 Yanvar 2021, 08:39

Xorvatiyanın Şibenik şəhərinin mərkəzində 4 nəfər iş ortağını gülləyən şəxs hadisə yerindən yayınıb.

 

Modern.az xəbər verir ki, bu barədə yerli “HRT” televiziyası hüquq-mühafizə orqanlarına istinadən xəbər yayıb.

 

İlkin məlumata görə, hadisə şəhərdəki ticarət mərkəzlərindən birinin yaxınlığında olub.

 

Polis əməkdaşları əvvəlcə ticarət mərkəzinin yaxınlığında dayanan avtomobildə bir neçə güllə yarası almış bir nəfər aşkar edib. Daha sonra asayiş keşikçilərinə şəhərin çıxışda iki kişi və bir qadının vurulması ilə bağlı xəbər daxil olub. 

 

Hələlik adının açıqlanmadığı cinayətkar barəsində əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza