Modern.az

Navalnının mətbuat katibi də həbs olundu

Navalnının mətbuat katibi də həbs olundu

Aktual

31 Yanvar 2021, 10:38

Rusiyalı müxalifətçi Aleksey Navalnının mətbuat katibi Kira Yarmış da həbs edilib.

 

Modern.az-ın “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə onun vəkili Veronika Polyakova məlumat verib. Yarmış yanvarın 23-də keçirilmiş icazəsiz aksiyada sanitar-epidemioloji normaları pozmaqda ittiham olunur. Ona 9 sutkalıq həbs cəzası verilib.

 

Qeyd edək ki, bundan əvvəl Navalnının qardaşı Oleq Navalnı, tərəfdaşları – Lyubov Sobol, Oleq Stepanov ev dustaqlığına məhkum ediliblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza