Modern.az

Ermənistanın “silah baronu” saxlanıldı

Ermənistanın “silah baronu” saxlanıldı

Aktual

1 Fevral 2021, 12:11

Ermənistanın Milli Təhlükəsizlik Xidməti ölkənin "silah baronu" kimi tanınan iş adamı David Qalstyanı saxlayıb.

 

Modern.az erməni KİV-lərinə istinadən məlumatına görə, o, Ermənistan Müdafiə Nazirliyinə köhnə və yararsız silah-sursat tədarük etməkdə təqsirli bilinir.

 

Bundan başqa, D.Qalstyan iri məbləğdə dövlət vəsaitini mənimsəməkdə ittiham olunub.

 

Qeyd olunur ki, "silah baronu" öz şirkəti vasitəsilə Ermənistan Müdafiə Nazirliyi ilə silah satışı barədə saziş imzalayıb.

 

Amma məlum olub ki, Ermənistan ordusuna müqavilədə göstərilən silahlardan fərqli, 1970-ci illərin silah-sursatı tədarük olunub. Saziş nəticəsində D.Qalstyan 1 milyon dollardan çox gəlir əldə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza