Modern.az

Ümid edirik ki, bütün şagirdlər siniflərə qayıdacaq - Nazir

Ümid edirik ki, bütün şagirdlər siniflərə qayıdacaq - Nazir

Aktual

1 Fevral 2021, 12:53

Ümid edək ki, “COVID-19”-la bağlı ölkə ərazisindəki vəziyyət getdikcə yaxşılaşacaq və bütün siniflər üzrə şagirdlər, həmçinin tələbələr yenidən sinfə, auditoriyaya qayıda biləcəklər.

 

Modern.az-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev özünün sosial şəbəkədəki səhifəsində yazıb.

 

Nazir qeyd edib ki, bu gün uzun zaman sonra məktəbin yenidən canlandığı gündür:

 

"Yəqin ki, bu gün hər yerdə sinif yoldaşlarını, müəllimini görmək üçün məktəbə tələsən şagirdlərə rastlamısınız".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza