Deputat Sabir Rüstəmxanlı Türkiyə Azərbaycan və digər türkdilli dövlətlərin ortaq dil anlayışına toxunub.
Modern.az xəbər verir ki, deputat uzun illərdir ortaq dil mövzusunun yanlış yanaşma olduğunu söyləyib:
"Heç kim öz dilini dəyişməz. Sadəcə burada ünsiyyət dili olmalıdır. Bugünkü Türkiyə dili təmiz türk dilidir. Bəziləri deyir ki, türk dili dilimizi zibilləyib. 50 il rus sözü dilimizə dolub kimsə dilimizi zibilləyib deməyib. Hesab edirəm ki, bəziləri Türkiyə ilə Azərbaycan dilinin yaxınlaşmasına qısqanclıqla yanaşır.Turkiyədə onlarla söz var ki onlar arasında kordinasiya yaratsaq hamı başa düşəcək".