“Şəhərin bir sıra yerində yeraltı parklanma yerləri yaradılıb. Ancaq girirsən içəri, elə bil futbol meydançasıdır, bomboşdur”.
Modern.az xəbər verir ki, bunu deputat Siyavuş Novruzov parlamentdə çıxış edərkən deyib.
O qeyd edib ki, buna səbəb qiymətlərin baha olmasıdır:
“Qiymətlər aşağı salınmalıdır. Yığılan vəsait dövlət büdcəsinə getməlidir. Çünki bunlar artıq tikilmiş hazır parklanma yerləridir".