Modern.az

Azərbaycanda koronavirusa yoluxma sayı MİNİMUMA ENDİ

Azərbaycanda koronavirusa yoluxma sayı MİNİMUMA ENDİ

Aktual

1 Fevral 2021, 18:41

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 77 yeni yoluxma faktı qeydə alınıb, 160 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.


Azərbaycanda indiyədək ümumilikdə 230296 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 223475 nəfər müalicə olunaraq sağalıb, 3136 nəfər vəfat edib, aktiv xəstə sayı 3685 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3984, ötən müddət ərzində isə ümumilikdə 2412034 test aparılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza