Modern.az

Sabirabadda avtoqəza - xəsarət alanlar var

Sabirabadda avtoqəza - xəsarət alanlar var

1 Fevral 2021, 22:44

Sabirabadda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə rayon mərkəzində pambıq zavodunun qarşısında qeydə alınıb. 

 

“Mercedes” markalı avtomobillə “Mercedes Vita” markalı avtomobilin toqquşması nəticəsində Sabirabad rayon sakinləri - 1961-ci il təvəllüdlü Umudov Rafiq Hüseyn oğlu, 1989-cu il təvəllüdlü Bağırova Nərminə Rafiq qızı və 2000-ci il təvəllüdlü Quliyev Xəyal Vidadi oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 

Faktla bağlı araşdırma aparılır. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza