Səhiyyə işçilərinin 70%-i vaksinasiyadan keçib.
Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən Modern.az-a verilən birgə məlumatda bildirilib.
Qeyd edək ki, Azərbaycanda 18 yanvardan COVID-19 əleyhinə vaksinasiyaya başlanılıb.
İlkin mərhələdə tibb işçiləri peyvənd edilib.