Modern.az

Hulusi Akar Almaniyanın müdafiə naziri ilə görüşdü

Hulusi Akar Almaniyanın müdafiə naziri ilə görüşdü

2 Fevral 2021, 18:00

Almaniyanın paytaxtı Berlində rəsmi səfərdə olan Türkiyənin milli müdafiə naziri Hulusi Akar bu ölkənin müdafiə naziri Anneqret Kramp Karrenbauer ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

Göstərilən qonaqpərvərliyə görə H.Akar almaniyalı həmkarına təşəkkürünü bildirib:

 

“Möhtərəm nazir ilə çox səmimi, konstruktiv müzakirələrimiz oldu. Həm iki ölkə, həm də NATO və Avropa İttifaqı çərçivəsində təhlükəsizlik və müdafiə mövzuları başda olmaqla bir çox məsələni müzakirə etmək fürsəti qazandıq”, - nazir bildirib.

 

Anneqret Kramp Karrenbauer də görüşün məhsuldar keçdiyini vurğulayıb: “NATO çərçivəsində son dərəcə önəmli görüş keçirdik. Əlbəttə ki, tənqidi şəkildə diqqətə aldığımız xüsuslar da oldu... Xüsusilə həmkarımla burada şəxsən Berlində görüşə bilməyimdən çox sevindiyimi bir daha qeyd etmək istəyirəm”.

 

Bundan başqa, milli müdafiə naziri Hulusi Akar Müdafiə Nazirliyini ziyarət etmədən öncə Türkiyənin Almaniyadakı səfirliyinə gedərək səfir Ali Kemal Aydından görülən işlərlə bağlı məlumat alıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza