Modern.az

Qazaxıstan paytaxtında karantin rejimi yumşaldılır

Qazaxıstan paytaxtında karantin rejimi yumşaldılır

2 Fevral 2021, 21:56

Qazaxıstanda əhali arasında koronavirus infeksiyası hallarının azaldığını nəzərə alaraq Nur-Sultanın dövlət baş sanitar həkimi Sarxat Beysenovanın qərarı ilə karantin şərtləri yumşaldılır.

 

Modern.az xəbər verir ki, paytaxtda ictimai nəqliyyat, ticarət-əyləncə mərkəzləri, iaşə obyektləri, fitnes mərkəzləri və digər obyektlərin iş rejiminə dəyişikliklər edilir.

 

Bununla bağlı imzalanan sənədə əsasən, paytaxtda tamaşa, idman və digər kütləvi tədbirlərin, o cümlədən ailə, xatirə tədbirlərinin, o cümlədən evdə (banketlərdə, toylarda, yubileylərdə, yas mərasimlərində), mitinqlərdə, yürüşlərdə kütləvi yığıncaqlar qadağan olunur.

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza