Modern.az

Buffon karyerasında 1100-cü oyuna çıxdı

Buffon karyerasında 1100-cü oyuna çıxdı

3 Fevral 2021, 00:41

İtaliya "Yuventus"unun qapıçısı Canluici Buffon karyerasında 1 100-cü matçına çıxıb.

 

Modern.az xəbər verir ki, bu, "İnter"lə ölkə kubokunun ilk yarımfinal oyununa təsadüf edib. 43 yaşlı qolkiper matça start heyətdə başlayıb.

 

Qeyd edək ki, Canluici Buffon böyük futbolda debütünü 1995-ci ildə "Parma"nın heyətində gerçəkləşdirib. O, 2001-ci ildə "Yuventus"a transfer olub. 2018/2019 mövsümünü Fransa PSJ-sində keçirmiş italiyalı qolkiper daha sonra "Yuventus"a qayıdıb. Buffon 1997 - 2018-ci illərdə İtaliya yığmasında forma geyinib.

 

1 100 oyundan 679-u "Yuventus", 220-si "Parma", 176-sı milli komanda, 25-i PSJ-də olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza