Çexiyanın Podoli kəndində (Beneşov rayonu) yerləşən təsərrüfatlardan birində quş qripinin yeni ştammı H5N8 aşkarlanıb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, quş qripinin yeni ştammı 25 toyuğun ölümünə səbəb olub, təsərrüfatdakı digər 20 toyuq və 6 ördək zəruri epidemiya təhlükəsizliyi qaydalarına uyğun olaraq baytarlar tərəfindən öldürüləcək.
Qeyd edilir ki, quş qripinin yeni ştammına insanların yoluxma riski çox aşağı qiymətləndirilir.