Modern.az

Vətən Müharibəsinin 31 iştirakçısına əlillik təyin olundu

Vətən Müharibəsinin 31 iştirakçısına əlillik təyin olundu

Aktual

3 Fevral 2021, 12:29

Bu günə qədər 31 nəfər Vətən Müharibəsi iştirakçısına əlilliyin təyinatı aparılıb.

 

Modern.az-ın məlumatına görə, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Cavid Əbdül-Qədirov bu gün keçirdiyi mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, indiyədək Agentliyin nəzdindəki müvafiq işçi qrupun üzvləri 3000-dək ailəni ziyarət edib. Onların 300-dən çoxunun səhhətində geridönməz proseslərin olduğu müəyyən edilib.

 

C.Əbbül-Qədirov əlavə edib ki, əlilliyin təyinatı aparılmış şəxslər 2-3 həftə ərzində reabilitasiya tədbirlərinə cəlb edilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza