“Türkiyə Texnologiya Vəqfi olaraq texnofestival çərçivəsində Azərbaycan ilə əməkdaşlıq etmək istəyirik”.
Modern.az xəbər verir ki, bunu “Bayraktar TB2” pilotsuz uçuş aparatının yaradıcısı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkəni Səlcuq Bayraktar deyib.
“Yaxın zamanlarda Azərbaycanla bu məsələdə təmaslarımız olacaq”, - o vurğulayıb.