Modern.az

İnzibati binada yanğın - sənədlər yandı

İnzibati binada yanğın - sənədlər yandı

Aktual

3 Fevral 2021, 14:02

Tovuzda yanğın olub.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, şəhərdə ümumi sahəsi 800 kv.m olan (hər mərtəbəsi 400 kv.m) ikimərtəbəli inzibati binanın 2-ci mərtəbəsində sahəsi 24 kv.m olan otaqda 1 ədəd kondisioner, rəf və sənədlər qismən yanıb.

 

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb.

 

Bina yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza