Modern.az

Ronaldo Avropanın, Messi isə Cənubi Amerikanın ən yaxşı futbolçusu seçildi

Ronaldo Avropanın, Messi isə Cənubi Amerikanın ən yaxşı futbolçusu seçildi

Aktual

3 Fevral 2021, 15:24

“Yuventus”un və futbol üzrə Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası tərəfindən 2011-2020-ci illərin ən yaxşı avropalı futbolçusu seçilib.

 

Modern.az xəbər verir ki, bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb.

 

Reytinqin ikinci pilləsində ispaniyalı müdafiəçi Serxio Ramos qərarlaşıb. İlk üçlüyü “Bayern”in qapıçısı Manuel Noyer tamamlayıb.

 

Cənubi Amerikada isə onilliyin ən yaxşısı Lionel Messi olub. İkinci pillənin sahibi Neymar, üçüncü pillənin sahibi isə onun həmyerlisi Dani Alves olub.

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza