Modern.az

Goranboyda yol qəzası - xəsarət alanlar var

Goranboyda yol qəzası - xəsarət alanlar var

Aktual

3 Fevral 2021, 20:03

Goranboyda yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Goranboy-Qlzılhacıll avtomobil yolunda qeydə alınıb. Belə ki, idarəetməni itirən “VAZ-2106” markalı maşın “VAZ-2107” markalı avtomobilə çırpılıb. Qəza nəticəsində müxtəlif bədən xəsarətləri alan 1986-cı il təvəllüdlü Xuruşov Tərlan Şakir oğlu, 1988-ci il təvəllüdlü Adıgözəlov Müşfiq Mehdi oğlu və 1996-cı il təvəllüdlü Aslanlı Nicat Elçin oğlu xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır (apa).

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza