Modern.az

Strateji hücum silahlarına dair müqavilə uzadıldı

Strateji hücum silahlarına dair müqavilə uzadıldı

Aktual

3 Fevral 2021, 20:53

ABŞ ilə Rusiya (SSRİ-nin varisi kimi) arasında strateji hücum silahlarının ixtisarını və məhdudlaşdırılmasını nəzərdə tutan START I (Strategic Arms Reduction Treaty; 31 iyul 1991-ci il tarixində imzalanıb) müqaviləsinin uzadılmasına dair saziş tərəflər arasında nota mübadiləsindən sonra bu gün qüvvəyə minib.

 

Modern.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

START I müqaviləsinin müddəti ilkin formada qalmaq şərtilə 2026-cı ilin 5 fevral tarixinədək uzadılır.

 

Xatırladaq ki, yanvarın 26-da tərəflər müqavilənin müddətini uzatmaqla bağlı diplomatik nota mübadiləsini apardılar. Həmin gün prezidentlər Cozef Bayden ilə Vladimir Putin telefon söhbəti zamanı bundan məmnun olduqlarını ifadə ediblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza